Ukrayna Prezidenti Volodimir Zelenski Anton Kovalskini ölkənin baş prokuroru səlahiyyətlərini icra edən şəxs təyin edib.
Bu barədə "Report" Ukrayna mediasına istinadən xəbər verir.
"Baş prokuror vəzifələrinin icrası Anton Kovalskiyə həvalə edilsin", - prezdentin saytında dərc olunan fərmanda bildirilib.
Qeyd olunub ki, 2025-ci ilin iyul ayından A.Kovalski Xmelnitski vilayət prokurorluğuna rəhbərlik edib.
Xatırladaq ki, daha əvvəl V.Zelenski Ruslan Kravçenkonu baş prokuror vəzifəsindən kənarlaşdırmışdı.
.
