VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin 89 saylı İsmayıllı Seçki Dairəsindən seçilmiş deputatı Novruzəli Davud oğlu Aslanov 2024–2026-cı illəri əhatə edən iki illik fəaliyyət hesabatını təqdim edib.
Hesabatda deputatın Milli Məclisdə qanunvericilik fəaliyyəti ilə yanaşı, seçicilərlə birbaşa təmasları, vətəndaş müraciətlərinin araşdırılması, aidiyyəti dövlət qurumlarına göndərilən sorğu və məktublar, sosial-humanitar fəaliyyət və İsmayıllı rayonunun müxtəlif kəndlərində keçirilən görüşlərin nəticələri əks olunub.

İki ilin yekun rəqəmləri:
2024–2026-cı illəri əhatə edən fəaliyyət dövrünün hesabatında əsas göstəricilər aşağıdakı kimi ümumiləşdirilir:
1026 – müraciət və məsələ
837 – həll olunmuş məsələ
105 – icraatda olan məsələ
84 – həlli mümkün olmayan məsələ
109 – göndərilmiş rəsmi sorğu və məktub
68 – daxil olan cavab məktubu
59 – kəndlərdə keçirilmiş səyyar görüş
32 – deputat ofisində qəbul
18 – onlayn qəbul
7896 – görüşlərdə və kütləvi tədbirlərdə iştirak edən vətəndaş
1048 – ərzaq yardımı göstərilib
1112 – qeyri-ərzaq yardımı göstərilib
308 – maddi yardım göstərilib
5 – əlil arabası ilə təmin olunan vətəndaş
12620 manat – maddi yardımların ümumi məbləği.
7 – çadır və zəruri ləvazimatlarla təmin olunmuş ailə
