ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını müvəqqəti ləğv etməsi səbəbindən Moskva müharibə üçün əlavə 10 milyard dollar əldə edə bilər.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə Fransa Prezidenti Emmanuel Makronla birgə brifinq zamanı deyib.

"Hesab edirəm ki, sanksiyaların qaldırılması Rusiyanın mövqeyinin güclənməsinə gətirib çıxaracaq. Rusiya enerji satışından silah-sursata (dronlara) pul xərcləyir və bütün bunlar sonra bizə qarşı uçur. Bunun vəziyyəti sabitləşdirmək üçün olduğuna dair siqnallar eşidirik. Ancaq mənim fikrimcə, məntiq tamamilə fərqlidir”.

Zelenski əlavə edib ki, Rusiya bu pulu Ukraynaya kütləvi şəkildə hücum edən silahlara, ilk növbədə PUA-lara xərcləyir: “Kəşfiyyat hesabatlarından da göründüyü kimi, bu dronlar İranın qonşularına, eləcə də avropalılara və amerikalılara qarşı tətbiq edilir. Buna görə daha sonra daha çox pilotsuz təyyarənin sizə doğru uçması üçün sanksiyaları ləğv etmək mənim fikrimcə düzgün qərar deyil”.

Qeyd edək ki, ABŞ Rusiya neftinə qarşı sanksiyaları müvəqqəti olaraq ləğv edib.

.