Sabah bu gün eşidəcəyimiz şeylərdən asılıdır.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski 9 May Paradı ilə bağlı son açıqlamasında deyib.
Zelenski qeyd edib ki, Ukrayna Rusiyanın əvvəlki hava hücumlarına cavab verib: “Dünən biz Rusiya Federasiyasının hava hücumlarına cavab verdik”.
O vurğulayıb ki, gələcək addımlar qarşı tərəfin davranışından asılı olacaq.
“Biz tamamilə “güzgü prinsipi” ilə hərəkət edəcəyik”, - Ukrayna lideri əlavə edib.
Qeyd edək ki, Rusiya mayın 8-dən 10-dək atəşkəs elan edib.
.
