"Liverpul”un baş məşqçi vəzifəsinə yeganə namizəd olan Yurgen Klopp İngiltərə klubuna mümkün keçidi haqda çox danışmaq istəməyib.
Yenizaman.az-ın Qol.Az-a istinadən verdiyi məlumatına görə, almaniyalı mütəxəssis "Bild” qəzetinə açıqlamasında qısaca olaraq belə deyib: "Hələ ki heç nə deyə bilmərəm. İndidən hə və ya yox söyləməyim düzgün olmaz. İndi evə gedirəm”.
Xatırladaq ki, "Liverpul" bir neçə gen əvvəl baş məşqçi Brendan Rodcersi istefaya göndərib.
.