Yunanıstanın "F-4 Phantom" qırıcısı Afina yaxınlığındakı Tanaqra hava limanında aviaşou zamanı qəzaya uğrayıb.

Bu barədə "Reuters" Yunanıstan Hərbi Hava Qüvvələrinin nümayəndəsinə istinadən məlumat yayıb.

Yunanıstan Teleradioyayım Korporasiyasının (EPT) məlumatına görə, təyyarənin düşməsindən dərhal sonra partlayış baş verib. Hadisə yerində olan müxbirlər qeyd ediblər ki, təyyarə qəfildən yerə enməyə başlayıb və sonda yerə çırpılıb.

Hadisə yerində paraşütlər aşkar edilməyib. Ekipajın taleyi naməlumdur.

İki pilotun katapult edib-etmədiyi barədə hələ ki rəsmi məlumat yoxdur.

İnsident nəticəsində baş verən yanğının söndürülməsinə iki helikopter cəlb olunub.

.