Zelenski Putinlə istənilən formatda və dünyanın istənilən yerində görüşməyə hazırdır.

Bunu Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak “Axios” portalına verdiyi müsahibədə deyib.

"Zelenski Trampa hələ də Putinlə istənilən formatda və dünyanın istənilən yerində görüşməyə hazır olduğunu deyib, lakin Rusiya və ya Belarus istisna olmaqla", - Yermak bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona səfərə gedib.

.