Azərbaycan korrupsiyaya qarşı mübarizə üzrə Məkkə konvensiyasına qoşulub.
Bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyasını (UNCAC), BMT-nin Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Konvensiyasını, Avropa Şurasının Korrupsiya ilə əlaqədar Mülki Hüquq və Cinayət Hüququ Konvensiyalarını ratifikasiya edib.
.
