Yeni Zaman Partiyası 8 Noyabr – Zəfər Günü münasibətilə Bəyanat qəbul edib

Bəyanatda deyilir:

Azərbaycan xalqı  8Noyabr – Zəfər Gününü qeyd edəcək. 2020-ci ilin payızında başverən 44 günlük Vətən müharibəsi ölkənin ərazi bütövlüyünün bərpası və tarixi ədalətin bərqərar olunması ilə nəticələndi.

Otuz ilə yaxın davam edən işğala son qoyularaq Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa kimi strateji yaşayış məntəqələri azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonları isə dincyolla geri qaytarıldı.

2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində isə ölkənin bütün ərazisində dövlət suverenliyi tam təmin olundu.

44 günlükVətən müharibəsinin nəticəsində təkcə ərazi bütövlüyümüz bərpa edilməmiş, eyni zamanda Azərbaycan xalqının qüruru özünə qayıtmış və Azərbaycan dünya dövlətləri sırasında qalib dövlətə çevrilmişdir.Dünya tarixinin ənqarışıq və təhlükələrlə dolu zamanında Azərbaycanxalqının, Azərbaycan Ordusunun və AzərbaycanRespublikasınınPrezidenti, Ali Baş Komandan İlham Əliyevin dövlətçilik tariximizə bəxş etdiyi bu şanlı səhifə daim xatırlanacaq və əbədi yaşayacaqdır.

Bu dövrdə həyata keçirilən hərbi, diplomatik və siyasi addımlar beynəlxalq hüquq normalarının icrasına, eləcədə regionda yeni reallıqların yaranmasına imkanyaratdı.

Hazırda işğaldan azad edilmiş Qarabağ və ŞərqiZəngəzur ərazilərində geniş miqyaslı bərpa vəquruculuq işləri davam etdirilir.İnfrastruktur layihələrinin icrası, şəhər və kəndlərin yenidənqurulması keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışını təmin edir.Eyni zamanda, regionda dayanıqlı sülhün və sabitliyin bərqərar olunması istiqamətində diplomatik səylər sürdürülür.

Yeni Zaman Partiyası olaraq, Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edir, qazilərə şəfa diləyirik.Bütün xalqı dövlət  müstəqilliyinin və  suverenliyin qorunması, eləcədə ölkənin gələcək inkişafı naminə həmrəy olmağa dəvət edir və Zəfər Günü münasibətilə təbrik edirik.

.