Norveç, Danimarka və İsveçin xokkey üzrə milli komandaları Rusiya yığmasının 2027-ci il dünya çempionatında iştirakı təsdiqlənəcəyi təqdirdə onunla oyuna çıxmayacaqlarını bəyan ediblər.

“Reuters“ agentliyinin məlumatına görə, hər üç ölkənin xokkey federasiyası qərarını təhlükəsizlik riskləri və Ukraynada davam edən müharibə ilə əlaqələndirib.

Bununla belə, komandalar çempionatın digər oyunlarında iştirak etməyi planlaşdırırlar.

Bundan əvvəl, Finlandiya Xokkey Assosiasiyası da milli komandalarının Ukraynada müharibə davam etdiyi müddətdə Rusiya ilə qarşılaşmayacağını açıqlayıb. Assosiasiyanın rəhbəri Heykki Hietanen digər ölkələrin federasiyalarını da bu mövqedə birləşdirmək üçün çalışdıqlarını bildirib.

Qeyd edək ki, Rusiyanın beynəlxalq xokkey yarışlarına qayıtması ilə bağlı mübahisə İdman Arbitraj Məhkəməsinin (CAS) qərarından sonra yaranıb. Məhkəmə (Beynəlxalq Buzüstü Xokkey Federasiyasının (IIHF) Rusiya komandalarının yarışlardan kənarlaşdırılması ilə bağlı qərarını ləğv edib. Bununla belə, Rusiya yığmasının 2027-ci il dünya çempionatında iştirakı məsələsi IIHF-nin qərarından asılıdır.

.