
Daşınmaz əmlakın alqı-satqısı üzrə yalnız nağdsız qaydada həyata keçirilməli olan ödənişlərin əhatə dairəsi genişlənir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif edilən yeni - 3.4.14-cü maddədə əksini tapıb.
Layihəyə əsasən, daşınmaz əmlakın alqı-satqısı üzrə, mənzil-tikinti kooperativinin üzvünün pay haqqı üzrə və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlı həyata keçirilən ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.
Qanun qəbul ediləcəyi halda 2023-cü il fevralın 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Məbləği 15 min manatdan artıq olan daşınar əmlak nağdsız qaydada alınacaq
Ümumi məbləği 15 min manatdan artıq olan daşınar əmlakın alqı-satqısı yalnız nağdsız qaydada həyata keçiriləcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif edilən yeni - 3.4.16-cü maddədə əksini tapıb.
Layihəyə əsasən, rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə (avtomobil satışı istisna olmaqla) ümumi məbləği 15 min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.
Qanun qəbul ediləcəyi halda 2023-cü il fevralın 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Dəyəri 15 min manatdan artıq olan zinət əşyalarının alqı-satqısı nağdsız qaydada olacaq
Qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısının yalnız nağdsız qaydada həyata keçiriləcək həddi müəyyənləşir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif edilən yeni - 3.4.15-cü maddədə əksini tapıb.
Layihəyə əsasən, qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği 15 min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.
Qanun qəbul ediləcəyi halda 2023-cü il fevralın 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
.