Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Azərbaycan Baş nazirinin müavini Yaqub Eyyubovla Moskvada MDB İqtisadi Şurasının 95-ci iclası çərçivəsində qısa danışıq aparıb.

Bu barədə Mqer Qriqoryanın ofisindən “Sputnik Armenia”ya bildirilib.

“Bir neçə dəqiqə ayaqüstə davam edən söhbət qeyri-rəsmi formatda və Ermənistan-Azərbaycan sərhədində baş verən son hərbi toqquşmalar mövzusunda aparılıb”, - Qriqoryanın ofisindən deyilib.

.