"Neftçi”nin keçmiş futbolçusu Rəşad Sadiqov iki ay öncə "Xəzər Lənkəran”a keçsə də rəsmi müqavilə yalnız bu yaxınlarda bağlanıb. Səbəb isə "Neftçi"nin onun transfer vərəqini gecikdirməsi olub.
Mətbuatda yayılan məlumatlara görə, vərəqin verilməsi üçün Lənkəran klubu "Neftçi"yə 100 min manat təzminat ödəyib.
Publika.az saytı bu iddianın nə dərəcədə doğru olduğunu öyrənmək üçün "Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxlayıb.
Klub rəsmisinin cavabı isə belə olub: "100 min manat tələbi və ödənilməsi yalandır. Məsələ pulla bağlı olsaydı, çoxdan həll olunardı. Pulu ödəyib transfer vərəqini alardıq. Sadəcə "Neftçi" ölkə xaricində olduğundan və başı Avrokubok oyunlarına qarışdığından bu məsələ də bir qədər yubandı”.
Qeyd edək ki, Rəşad "Xəzər Lənkəran"la 2 illik müqavilə bağlayıb.
.