"Avro-2016"nın seçmə mərhələsində 9-cu turun oyunları keçirilir.
Yenizaman.Az-ın məlumatına görə, yığmamızın yer aldığı H qrupunda daha iki qarşılaşma baş tutub.
Qrup ikincisi Norveç öz meydanında Maltanı qəbul edib və rəqibinə 2:0 hesabı ilə qalib gəlib.
Bolqarıstan səfərdə Xorvatiyanın qonağı olub. Görüş xorvatların böyükhesablı qələbəsi ilə başa çatıb- 3:0.
10 oktyabr
"Avro-2016”nın seçmə mərhələsi, 9-cu tur
H qrupu
21:00.Azərbaycan – İtaliya - 1:3
Qollar: Eder, 11 (0:1), Dmitri Nazarov, 31 (1:1), Stefan El-Şaaravi, 43 (1:2), Darmian, 65 (1:3)
21:00. Norveç – Malta - 2:0
Qollar: Tettey, 19 (1:0), Soderlund, 52 (2:0)
23:45.Xorvatiya – Bolqarıstan - 3:0
Qol: Periçiş, 2 (1:0), Rakitiç, 42 (2:0), Kaliniç, 81 (3:0)
.
