1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan Respublikasının Qarabağ bölgəsindəki Xocalı şəhərində törədilmiş soyqrımının 30 ili tamam olur. Bu kədərli günlərdəAzərbaycan xalqı qəsbkar erməni millətçilərinin vəhşiliyinin qurbanı olmuş günahsız insanların əziz xatirəsini növbəti dəfə dərin kədərlə yad edir.

Xocalı şəhərində əhalinin vəhşicəsinə kütləvi qırğını Qarabağ bölgəsinin işğalı üçün həyata keçirilən hərbi təcavüz zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq və onun mübarizə əzmini qırmaq niyyəti ilə törədilmişdir.
Xocalı şəhərində törədilmiş cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktının BMT BAŞMəclisinin 1948-ci il 9 dekabr tarixli 260-III saylı qətnaməsi ilə qəbul edilmiş "Soyqrımıcinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada ifadə olunmuş tərifə tam uyğun gəldiyini sübut edir. Qabaqcadan planlaşdırılmış kütləvi və amansızqırğın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilmişdir.Azğınlaşmış cəlladlar insanların başlarının dərisinisoymuş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmış , cəsədlərin bir qismini minalamışlar.Yanan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməmiş, dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbiçiləri xüsusi amansızlıqla qətlə yetirmişlər.
Çirkin geosiyasi oyunlarda onlar üçün ayrılan rolu uyğun görən erməni millətçilərinin qonşu xalqların torpaqları hesabına "böyük Ermənistan" yaratmaq xülyasına düşməsi 
bölgədə bu gün də davam edən faciələrin əsasını qoymuşdur. Son yüz ildən artıq dövrdə erməni xalqının bir neçə nəsli milli müstəsnalıq, Azərbaycan və türk xalqlarına qarşı düşmənçilik ruhunda tərbiyə edilmişdir. Erməni "alim"lərinin səyləri ilə bölgənin tarixi saxtalaşdırılmış, ermənilərin tarixi şişirdilərək qədimləşdirilmiş, azərbaycanlılara vətürklərə qarşı kəskin mənəvi təcavüz kampaniyası aparılmışdır. Cənubi Qafqazda vəŞərqi Anadoluda baş verən hadisələr bilərəkdən təhrif edilmiş, dünya ictimaiyyətinin nəzərində "əzabkeş və məzlum erməni xalqı" obrazı yaradılmışdır.
Otuz ilə yaxın davam edən ərazilərimizin erməni işğalının fəsadlarının vətəndaşlarımızın yurd-yuvasından didərgin salınması, meşələrin amansız məhvi, suların çirkləndirilməsi,təbii sərvətlərin və digər cinayətlər onu göstərir ki, ölkəmizə qarşı ekoloji terror törədilib.
Tarix boyu gələcək hədəfləri özündə ehtiva edən, mütərəqqi ideyalar ətrafında sıx birləşməyi bacaran xalqımız qarşıya qoyduğu məqsədlərə doğru daha inamla irəliləyib 
uğurlu nəticələr əldə etmək kimi məqsədin həllinə çalışır.İnkaredilməz reallıqdır ki, hansısa ideyanın mütərəqqi mahiyyəti özlüyündə hələ onun uğuruna təminat vermir. Qarşıdakı hədəflərlə bağlı ideyalar o vaxt həyati və cəlbedici təsir bağışlayır ki, onun reallaşdırılması mexanizmləri barədə aydın təsəvvürlər olsun. Bu gün yetgin baxışın olması xalqın mandatı əsasında ölkəyə rəhbərlik missiyasını üzərinə götürmüş liderlərin idarəçilik keyfiyyətlərindən və gələcəklə bağlı optimal qərarlar qəbul etmək məharətindən asılıdır.
2003-cü ilin 31 oktyabrında səlahiyyətləinin icrasına başlayan dövlət başçısı cənab İlham Əliyevin ötən 18 ildə Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə yanaşı, Ulu Öndərin xaos və anarxiyadan qurtardığı Respublikamızın "Güclü dövlət — müstəqil siyasət"
konsepti əsasında inkişafını təmin edib. Ötən illərdəki fəaliyyəti dövlət başçısının verdiyi bütün vədlərin əməli fəaliyyətə və proqratizmə söykəndiyini, respublikanın gerçək potensialı ilə uzlaşdığını tamamilə təsdiqləyib.
Respublikanın hər bir vətəndaşı Qələbə sevincini yaşayır. Uzun həsrətdən sonra işğal altında olan torpaqlarımızın azadlığını görmək, Azadlıq meydanında Zəfər paradını izləmək xalqımız üçün çox sevindirici hiss olmuşdur. Müzəffər Ordumuzun 44 günlük müharibədə gücünü və qəhrəmanlığını görmək nəsib oldu.
Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük ikinci Qarabağ müharibəsində 
minlərlə vətən övladı doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanına qədər döyüşərək əsl qəhrəmanlıq nümunələri göstərdilər. Vətən uğrunda canlarından keçən 2858 igidin qanı yerdə qalmadı. Qəhrəman Ordumuz bütün şəhidlərin, o cümlədən Xocalı soyqırımımın qisasını aldı, düşməni darmadağın etdi. Torpaqlarımız 30 illik işğaldan sonra vətənimizə qovuşdu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev azərbaycanlıların soyqrımı ilə əlaqədar dəfələrlə xalqa müraciət etmiş, Xocalı faciəsini insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən biri kimi qiymətləndirilmişdir.
Xocalı şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün dövlət tərəfindən bir sıra tədbirlər görülmüşdür. Bakı şəhərində, ölkəmizin digər şəhər və rayonlarında Xocalı qurbanlarına abidələr ucaldılmış, Xocalı faciəsi haqqında məlumatlar orta məktəb proqramlarına 
daxil edilmişdir.
Xalqımız Xocalı şəhidlərinin xatirəsini dərin hüzünlə yad edir.

Hacı Hacıyev
Azərbaycan KP MİK sədri

 

.