Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üçün müxtəlif tərəflər var və bu müxtəlif tərəflərin fərqli maraqları və davranışları ola bilər. Əfsuslar olsun ki, biz onu da görürük ki, hətta bütün tərəflərin yanaşmaları bu sülh prosesinin irəli aparılmasında və iki ölkə arasında ən tez və qısa bir zamanda razılığın əldə olunmasına xidmət etmir.

Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bu kimi halların Azərbaycan tərəfindən qətiyyətlə pisləndiyini vurğulayıb. “Onlara dərhal adekvat cavablar verilir. Azərbaycan tərəfi öz gündəliyinə sadiqdir və təbii ki, bu və digər tərəflərin addımlarından asılı olmayaraq, Azərbaycanın dövlət maraqlarına cavab verən formada, beynəlxalq hüququn norma və prinsiplərinə cavab verən formada öz siyasətimizi davam etdirəcəyik”.

.