"Real”ın hücumçusu Xese Rodriges yaxın 6 ay ərzində yaşıl meydanlara çıxa bilməyəcək. 21 yaşlı futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsinin "Şalke”yə qarşı cavab oyununda dizindən zədələnib.
Yaxın vaxtda Xese əməliyyat olunacaq. İspaniya çempionatının cari mövsümündə 18 oyunda meydana çıxan futbolçu 5 qol vurub və 4 məhsuldar ötürməylə yadda qalıb.
.