Xarici ölkələrdən olan səyyahların bugünkü səfəri Ağdam şəhərində başa çatıb.

Xarici turistlər Ağdam şəhərində İmarət kompleksi, Cümə məscidi ilə, eyni zamanda Ağdam Dövlət Dram Teatrının qalıqları ilə tanış olublar.

Səfər iştirakçılarına ermənilərin törətdiyi dağıntılar barədə məlumat verilib.

Səyyahların sabah Kəlbəcər və Laçın rayonuna səfəri planlaşdırılıb.

.