Xaricdən gətirilən dərmanların satışı dayandırılıb - Səbəb

9,271 oxunub

Xarici ölkələrdə istehsal olunan və Azərbaycana gətirilən dərman preparatlarının satışı dayandırılıb.

Bu barədə AzNews.az-a sakinlər məlumat veriblər. Sakinlərin şikayəti əsasında bir neçə aptekdə keçirdiyimiz sorğundan sonra məlum olub ki, artıq 10 gündür apteklərə xaricdə istehsal olunan dərmanların göndərilməsi dayandırlıb. Buna görə də, hətta xaricdə istehsal olunmuş, çox ucuz qiymətə satılan dərmanları da tapmaq mümkün deyil.

Tibbi ekspert, professor Aqil Qeybulla AzNews.az-a açıqlamasında xarici ölkə istehsalı olan dərman preparatlarının satışının dayandırılmasının gözlənilən olduğunu qeyd edib:

"Dərmanların qiymətində izah olunmayan artımlar var və bu günbəgün artmaqda davam edir. Xarici istehsal olan dərmanlarının satışının dayandırılmasının birinci səbəbi budur. İkinci səbəb isə bəzi dərman preparatlarının Azərbaycana gətirilməsinin sərfəli olmamasıdır. Məhz buna görə də, sahibkarlar həmin dərman preparatlarını Azərbaycana gətirmək istəmirlər. Dərman preparatları xarici ölkələrdən dollarla alınır. Dollar qalxdıqca dərmanların da qiyməti qalxır.”

Aqil Qeybulla qeyd edib ki, vəziyyətin qəfildən bu şəkildə dəyişməsi əlbəttə ki, ürək açan deyil:

"Həkimlərin özlərin də təsirinə və keyfiyyətinə güvəndiyi xeyli dərman preparatları artıq satışdan yığışdırılıb. Bu da həkimlərin işində xeyli problem yaradıb. Bu dərmanlara qarşı həkimlərdə xeyli inam vardı. Hesab edirəm ki, bunların qaydasına düşməsi üçün dərman preparatlarının Dövlət Reystri yaradılmalıdır. Bütün dərman preparatları qeydiyyata alınmalıdır. Sahibkarlar da xarici istehsal olan dərmanları Azərbaycana gətirib bazarla tənzimləməlidir. Bu məsələyə kənardan müdaxilə olduqca bu problem daha da böyüyəcək.”

Bahar RÜSTƏMLİ

.
XƏBƏRLƏR 28-07-2026
27-07-2026
19:39 Ukrayna Antikorrupsiya Bürosu XİN-in sabiq rəsmisinin rəhbərlik etdiyi cinayətkar qrupu ifşa edib
19:06 AP: Vasitəçilər ABŞ və İranı yenidən danışıqlara qaytarmaq istiqamətində irəliləyiş əldə ediblər
19:01 Azərbaycanın Rusiya ixracı 3 % artıb, idxalı isə 42 % azalıb
18:23 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib
18:10

Bakıda 17 yaşadək güləşçilər arasında dünya çempionatının açılış mərasimi keçirilib

18:03 Nəqliyyat vasitəsinin duracaqda saxlanılma haqqının qaytarılması qaydası təsdiqlənib
17:31 Peskov: Ukraynanın Xəzər dənizində gəmiləri vurması son dərəcə təhlükəlidir
17:26 "Toplum TV" işi üzrə hökm oxunub
17:03 "Amay" ticarət mərkəzinin qarşısında başına yad cisim düşən kişinin vəziyyəti açıqlanıb
16:59 Səudiyyə Ərəbistanı neft obyektlərinə yönələn PUA-ların məhv edildiyini açıqlayıb
16:29 MEDİA İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı bəyanat yayıb 
16:10 Azərbaycanda bu ilin II rübündə qaz hasilatı 1 % artıb
15:54 Corcia Meloni: İtaliyada "No TAV" hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb
15:35 Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
15:18 Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
Təqvim