
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus mülki avtomobillərin sərbəst keçidi davam edir.
Rusiya sülhməramlı kontingentinə məxsus daha 1 təminat maşını Laçından Xankəndi istiqamətinə keçib.
***
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan sülhməramlı kontingentə məxsus mülki avtomobillərin sərbəst keçidi davam edir.
Rusiya sülhməramlı kontingentinə məxsus daha 4 minik avtomobili Xankəndindən Laçın istiqamətinə keçib.
Avtomobillərin aksiya keçirilən yerdən maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb.
Aksiya iştirakçıları yoldan çəkilərək Rusiya sülhməramlıları kontingentinə məxsus avtomobillərin keçidi üçün dəhliz açıb.
.