
Xankəndi-Laçın yolunda BQXK-yə məxsus avtomobillərin hərəkət etməsinə şərait yaradılıb.
Bu gün Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 3 avtomobilin keçməsinə şərait yaradılıb.
Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.
Azərbaycan dövləti və aksiya iştirakçıları bununla dinc erməni əhali ilə heç bir problemləri olmadığını yenidən nümayiş etdirib.
.