Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) hazırlıq çərçivəsində mühüm mərhələ qeydə alınıb. Bu günə olan məlumata görə, forumda iştirak üçün artıq 182 ölkədən 40 mindən çox şəxs qeydiyyatdan keçib.

Bu barədə forumun rəsmi məlumatında bildirilib. Qeyd olunub ki, tədbirə maraq şəhərlərin daha təhlükəsiz, inklüziv və dayanıqlı inkişafı istiqamətində qlobal əməkdaşlığın gücləndiyini göstərir.

Forum çərçivəsində şəhər planlaşdırılması, dayanıqlı inkişaf, iqlim dəyişiklikləri ilə mübarizə və şəhərlərin gələcək inkişaf modelləri ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur.

Bakı dünyanı qarşılamağa hazırdır.

.