Serbiyanın sabiq Prezidenti Aleksandar Vuçiç cinayətkar qruplaşmalar tərəfindən ünvanına ölüm təhdidləri göndərildiyini bildirib.

Vuçiç bu barədə “Pink” telekanalının efirində danışıb.

“Barəmdə məni aradan götürəcəklərinə dair açıq və birmənalı siqnal almışam”, – o bildirib.

Vuçiç təhdidlərin hansı qruplaşmalardan gəldiyi barədə əlavə təfərrüat açıqlamayıb.
 

.