Rusiya Federasiyasının prezidenti Vladimir Putin Kazanda keçirilən cüdo üzrə Avropanın çempionatını açıq elan edib. Yenizaman.az TASS-a istinadən xəbər verir ki, açılış mərasimində çıxış edən dövlət başçısı bu idman növünün inkişafından danışaraq idmançılara uğurlar arzulayıb.
Kazanda start verilən çempionat Rio-de-Janeyroda keçiriləcək yay Olimpiya oyunlarına finalına seçim mərhələlərindən biridir. Builki çempionatda 46 ölkədən 477 idmançı iştirak edir.
Cüdo üzrə Avropa çempionatı 1951-ci ildən keçirilir.
.