Azərbaycan və Ermənistan arasında tranzit əlaqələrinin qurulması yalnız alqışlana bilər.

Bunu Gürcüstan parlamentinin sədr müavini Giorgi Kaxiani “İmedi” telekanalının efirində deyib.

O qeyd edib ki, bir neçə illər öncə Azərbaycanla Ermənistan müharibə vəziyyətində olub və münaqişə regionda ağır nəticələr yaradıb:

“Sülhün bərqərar olması ilə bölgənin beynəlxalq investisiyalar üçün cəlbediciliyi daha da artacaq”.

.