Zədəsinin müalicəsi ilə məşğul olan "Barselona”nın qapıçısı Viktor Valdes "Monako” ilə 4 illik müqavilə imzalayacaq. Bu barədə France Football məlumat yayıb. Daha əvvəl onun "Mançester Siti”dən də təklif aldığı bildirilirdi, amma Valdes məhz Fransa klubunu seçib.
32 yaşlı qapıçı 2002-ci ildən kataloniyalıların şərəfini qoruyur. "Barsa”nın heyətində 6 dəfə İspaniya çempionu olan futbolçu 3 dəfə də Çempionlar Liqasını qazanıb.
.
