"Mançester Yunayted"in qapıçısı Viktor Valdes qışda komandadan gedəcək.
Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə ispaniyalı qolkiperin meneceri Gines Karvahal məlumat verib.
"Valdes yanvarda "Mançester Yunayted"dən ayrılacaq. Hansı komandaya keçəcəyi hələlik məlum deyil. Seçimini özü edəcək" - deyə Karvahal bildirib.
Qeyd edək ki, Valdeslə "Nyukasl" klubu yaxından maraqlanır. İngiltərə təmsilçisinin əsas qapıçısı Tim Krul mövsümün sonunadək sıradan çıxıb.
.
