Rusiya Ukraynanın hələlik ələ keçirə bilmədiyi təxminən 6 000 kvadrat kilometr ərazisini istəyir.

Bunu ABŞ-ın vitse-prezidenti Ceyms Vens “One America News” kanalına müsahibəsində bildirib.

Vensin sözlərinə görə, Ukrayna isə təhlükəsizlik zəmanətləri almaq niyyətindədir.

“Çünki onlara əminlik lazımdır ki, əgər razılaşma bağlasalar, Rusiya bir neçə ay, ya bir neçə il sonra geri qayıdıb daha çox şey tələb etməyəcək. Məsələ ondadır ki, ruslar və ukraynalılar prezidentin açdığı bu sülh qapısından keçməyə hazırdırlar, ya yox. Biz bunun üzərində ciddi şəkildə işləməyə davam edirik”, – Vens vurğulayıb.

.