
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
AMB xəbər verir ki, hərracda tələb 66,1 mln.ABŞ dolları olub və tam təmin edilib.
Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (23 avqust 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 35,2% artıb. Ötən hərracda tələb 48,9 mln. ABŞ dolları olub.
Hərracda manatın ortaçəkili məzənnəsi isə 1,7000 səviyyəsində formalaşıb.
.