Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik daha 90 gün uzadılıb.
Bu barədə Ukrayna Ali Radası qərar qəbul edib.
Beləliklə, Ukraynada hərbi vəziyyət rejimi və ümumi səfərbərlik ən azı avqustun 2-dək qüvvədə olacaq.
Qeyd edək ki, Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik ilk dəfə 2022-ci ilin fevralında tətbiq olunub və o vaxtdan etibarən mütəmadi olaraq uzadılır.
.
