Ukrayna və Almaniya Drone Deal sazişinin mətni üzrə işi yekunlaşdırır.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya kansleri Fridrix Merts ilə telefon danışığının yekunları üzrə sosial şəbəkələrdə məlumat verib.
"Hazırda komandalar digər məsələlərlə yanaşı, şübhəsiz ki, həm Almaniyanın, həm də Ukraynanın müdafiə imkanlarını genişləndirəcək Drone Deal sazişinin mətni üzərində işi artıq yekunlaşdırırlar. Sazişin məzmununu və onun imzalanma müddətini müzakirə etdik. Şəxsi görüş barədə razılığa gəldik", - o yazıb.
Ukrayna prezidenti həmçinin dəstəyə görə Berlinə təşəkkür edib və sentyabrda Kiyevin Almaniyadan hava hücumundan müdafiə vasitələrinin yeni paketlərini alacağını bildirib.
.
