
Baş nazir Yuliya Sviridenkonun başçılığı ilə Ukrayna nümayəndə heyəti ABŞ-yə yollanıb.
Bunu Ukrayna Prezidentinin ofisinin rəhbəri Andrey Yermak bildirib.
"Baş nazir Yuliya Sviridenkonun rəhbərliyi ilə nümayəndə heyətimiz Vaşinqtona yollanır. Həftə dolğun olacaq, qarşıda çox iş var", - o qeyd edib.
A.Yermakın sözlərinə görə, gündəlikdə Ukraynanın hava hücumundan müdafiə sisteminin və zərbə imkanlarının gücləndirilməsi, ölkənin enerji dayanıqlığının möhkəmləndirilməsi, həmçinin Rusiyaya qarşı sanksiyalar var.
.