Moskva və Kiyevdə aparılan danışıqlardan sonra üçtərəfli görüşün planlaşdırılması da daxil olmaqla əhəmiyyətli irəliləyiş əldə edilib.
APA xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff "X" hesabında bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp davamlı sülhə nail olmaq üçün hər cür səy göstərir.
Qeyd edək ki, Uitkoff Cared Kuşnerlə birlikdə 5-6 sentyabr tarixlərində Moskva və Kiyevə səfər edərək, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə danışıqlar aparıblar.
.
