ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib ki, İranın uranı zənginləşdirmədən imtina etməsi Vaşinqton üçün danışıqlarda əsas “qırmızı xətt”dir.

O, bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.

Uitkoffun sözlərinə görə, İranla danışıqlara getməzdən əvvəl ABŞ prezidenti Donald Tramp ona və Cared Kuşnerə konkret tapşırıqlar verib.

“Heç bir zənginləşdirmə olmamalıdır, bütün zənginləşdirilmiş uran materialları ölkədən çıxarılmalıdır”, – deyə o bildirib.

Uitkoff əlavə edib ki, ABŞ prezidentini İranın artan təzyiqlərə və Yaxın Şərqə yerləşdirilən Amerika hərbi qüvvələrinə baxmayaraq “geri çəkilmək istəməməsi” təəccübləndirir.

.