
Türk Dövlətləri Təşkilatı əməkdaşlığımızın ən vacib formatıdır. Digər tərəfdən Azərbaycan ilə fərqli mexanizmlər çərçivəsində effektiv addımlar atırıq.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Türkiyə və Türkmənistan Zirvə görüşünün nəticələrinə dair mətbuat konferansı zamanı bildirib.
O qeyd edib ki, energetika üç ölkə arasında əməkdaşlığın vacib hissəsidir: “Azərbaycan təbii qazını Cənubi Qafqaz Qaz Kəməri və TANAP vasitəsi ilə Avropaya nəql edirik. Türkmənistan təbii qazı məsələsində də üç ölkənin xeyrinə olacaq şəkildə ortaq addımlar atmağa hazırıq və bununla bağlı İşçi qrupunu yaratmaq qərarını verdik”, Çavuşoğlu deyib.
.