Bu gün səhər saatlarında Türkiyənin Muğla şəhərinin Ortaca rayonunda zəlzələ baş verib.

Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumat yayıb.

Zəlzələ saat 05:45-də, 4,5 bal gücündə qeydə alınıb.

Yeraltı təkanlar ətraf rayonlarda da hiss olunub. İlkin məlumata əsasən, dağıntı və insan itkisi qeydə alınmayıb.

.