Zəngəzur dəhlizinin açılması Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin yükdaşıma qabiliyyətini artıracaq.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “TRT Haber”ə açıqlamasında deyib.

O qeyd edib ki, Zəngəzur dəhlizinin İran ərazisindən keçmə ehtimalı kimi alternativ də mövcuddur.

Nazir onu da əlavə edib ki, Türkiyə tərəfi Naxçıvanla Qars arasındakı 224 km-lik dəmir yolu xəttinin inşasını bitirib.

.