Azərbaycan bizim üçün vacib təbii qaz tədarükçüsüdür.

Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

Nazir Azərbaycanla imzalanmış qaz sazişinin icra mərhələsində olduğunu qeyd edib:

“Biz Azərbaycandan əhəmiyyətli həcmdə qaz alırıq. İndi bu tədarük 2029-cu ildən sonrakı dövrü də əhatə edəcək şəkildə uzadılır. Yanvar ayının əvvəlində aylıq 25 milyard kubmetr həcmində qazla bağlı saziş imzaladıq və demək olar ki, bu artıq icra mərhələsinə keçib” - nazir əlavə edib.

.