
Türkiyənin Bursa, Uşak, Karabük və Kahramanmaraş vilayətlərində meşə yanğınları başlayıb.
Yanğınlara havadan və qurudan genişmiqyaslı müdaxilə işləri həyata keçirilir. Güclü külək yanğının daha da genişlənməsinə səbəb olub.
Bursa: Üç rayonda yanğın səbəbindən bəzi magistral yollar, o cümlədən Bursa dairəvi yolu nəqliyyatın hərəkəti üçün bağlanıb. Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, Kestel rayonundakı iki kənddən 1300-dən çox insan təxliyə edilib.
Uşak: Təhlükəsizlik məqsədilə bir kənd və iki məhəllə təxliyə olunub. Bəzi evlərin yanğından zərər gördüyü qeyd edilir.
Karabük: Bu vilayətdə yanğınla mübarizə artıq dörd gündür davam edir. Hazırkı vəziyyətə görə, 18 kənd və 50 məhəllə boşaldılıb.
Kahramanmaraş: Yanğın nəticəsində 3 ev yanıb, 130 nəfər isə təhlükəsiz ərazilərə təxliyə edilib.
Yanğınların tam söndürülməsi və vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Rəsmi qurumlar vətəndaşları təxliyyə planlarına əməl etməyə və rəsmi xəbərdarlıqlara diqqət yetirməyə çağırır.
.