Türkiyə ilə İraq arasında təhlükəsizlik məsələləri müzakirə edilib.
Bu barədə İraq Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn türkiyəli həmkarı Hakan Fidanla Bağdadda keçirdiyi ortaq mətbuat konfransında danışıb.
O, PKK terror təşkilatının tərk-silah edilməsinin ölkəsi üçün də əhəmiyyətli olduğunu bildirib.
Qeyd edək ki, Hakan Fidan İraqda rəsmi səfərdədir.
.
