Azərbaycanda dövriyyədə olan dövlət istiqrazlarının orta ödəmə müddəti 2026-cı ilin ilk 9 ayı ərzində artıb.
“APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 1-nə dövlət istiqrazlarının orta ödəmə müddəti 3,64 il təşkil edib.
2025-ci ilin sonunda bu göstərici 3,30 il olub.
Beləliklə, dövlət istiqrazlarının orta ödəmə müddəti ilin əvvəlindən 0,34 il artıb.
Hesabata əsasən, dövriyyədə olan 7 milyard 766,2 milyon manatlıq dövlət qiymətli kağızlarının 56%-i 5 ilədək, 44%-i isə 5 il və daha artıq müddətli qiymətli kağızların payına düşüb.
Nazirlik orta ödəmə müddətinin artmasını cari ilin ilk üç ayında qısamüddətli dövlət istiqrazlarının dövriyyə müddətinin başa çatması ilə əlaqələndirib.
.
