Sakit okeanda 41 gün ərzində köməksiz vəziyyətdə qalan 18 yaşlı Papua-Yeni Qvineya sakini Luka Rahan balıqçılar tərəfindən xilas edilib.
Yenizaman.Az xəbər verir ki, bu barədə Avstraliyanın ABC telekanalı məlumat yayıb.
Məlumata görə, gənc sentyabr ayında əmisi oğlu ilə birlikdə Bugenvil adasının şimalından balıq tutmağa yollanıb. Dənizdə mühərriklə bağlı yaranan nasazlıq səbəbindən qayıq axına düşərək sürüklənməyə başlayıb. Qayıqda lövbər də olmayıb.
Bildirilir ki, kəskin susuzluqdan əziyyət çəkən Rahan oktyabrın 27-də, çərşənbə axşamı Kiribatidən olan balıqçılar tərəfindən aşkarlanıb. Onun qayığı evindən təxminən 2 min kilometr uzaqlıqda, Tarava və Mayana adaları arasında olub.
Gənc ümumilikdə 41 gün dalğaların ixtiyarına qalıb. O, Taravadakı xəstəxanaya çatdırılıb. Birlikdə yola çıxdığı qohumu isə sağ qalmayıb./OXU.AZ/
.
