Azərbaycana keçmək istəyən soydaşlarımız ölkəmizin Türkiyə ilə sərhədində qalıb. Onlar bir neçə gündür ki, vətənə keçmək üçün icazə gözləyirlər.
Bu barədə Yenisabah.az-a sərhəddə gözləyən soydaşlarımız məlumat verib.
Onların sözlərinə görə, sərhədlərin bağlı olması əsas gətirilərək ölkəyə keçmələrinə icazə verilmir.
Dilucu sərhəd-keçid məntəqəsindən Azərbaycana keçmək istəyən vətəndaşların bəziləri neytral ərazidə 3-4 gündür ki, gözləməkdədir.
"İnsanların çoxu gözləyir ki, Naxçıvan tərəfindən sərhəd açılsın", - deyə onlar qeyd ediblər.

.