ABŞ Prezidenti Donald Tramp İrana tətbiq olunan sanksiyaların yumşaldılması və dondurulmuş aktivlərin azad edilməsi ilə bağlı “Axios”da dərc olunan xəbəri təkzib edib.
Tramp bu barədə “Truth Social” hesabında yazıb.
O, İrana heç nə təklif etmədiyini, “Axios”da yayılan xəbərin saxtakarlıq olduğunu bildirib, eyni zamanda, bu “saxta” xəbərin dərhal silinməsini tələb edib.
Qeyd edək ki, bundan əvvəl sözügedən media orqanında İranın nüvə fəaliyyətinin dayandırılması müqabilində ABŞ-ın sanksiyaları yumşaldacağı və dondurulmuş aktivləri azad edəcəyi ilə bağlı təklifin irəli sürüldüyü iddia edilib.
.
