ABŞ Prezidenti Donald Trampın nümayəndəsi Con Koul Minskdə səfərdədir.

Yenizaman Belarus mediasına istinadən xəbər verir ki, C.Koul ölkə Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.

Prezident bir sıra vacib məsələləri müzakirə etməyi təklif edib.

"Birincisi, bu, Belarus-ABŞ münasibətləridir. Mən həmçinin ABŞ və Belarusun maraqları kontekstində dünyadakı vəziyyətlə bağlı məsələlərə toxunmağı təklif edirəm. Müharibə və sülh məsələlərindən qaça bilməyəcəyik", - A.Lukaşenko bildirib.

O, iqtisadi sahəni də ən vacib məsələ adlandırıb: "Düşünürəm ki, iqtisadiyyat sahəsində Belarusa və Belarus vasitəsilə Rusiyaya marağınız var. Təbii ki, bizim də iqtisadi baxımından sizin qlobal ölkənizə marağımız böyükdür".

.