
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton ən azı 18 maddə üzrə məxfi məlumatlarla yanlış işləməkdə ittiham olunur.
Bu barədə ABŞ Ədliyyə Departamenti məlumat yayıb.
Konkret olaraq, o, məxfi məlumatların üçüncü şəxslərə ötürülməsi ilə bağlı səkkiz faktda, eləcə də bu cür sənədlərin qeyri-qanuni saxlanması ilə bağlı on faktda şübhəli bilinir.
Bolton təqsirli bilinərsə, onu hər bir cinayətə görə maksimum 10 il cəza gözləyir.
Açıqlamaya görə, prezidentin keçmiş köməkçisi məxfi sənədləri şəxsi elektron poçt və öz mesajlaşma hesabları vasitəsilə ötürüb.
Bu materiallarda ABŞ Silahlı Qüvvələrinin hələ həyata keçirilməmiş əməliyyatları haqqında məxfi məlumatlar, həmçinin ABŞ-ın düşmənləri, xarici liderlər, ABŞ administrasiyasının xarici siyasəti haqqında məlumatlar olub.
.