
ABŞ prezidenti Donald Tramp ərəb ölkələri ilə İsrail arasında sülhü təmin edən “İbrahim razılaşmaları”nın genişlənəcəyini ehtimal edir.
ABŞ lideri “Fox Business Network”a müsahibəsində Səudiyyə Ərəbistanının da bu razılaşmalara qoşulacağına ümid etdiyini bildirib.
“Səudiyyə Ərəbistanı razılaşmalara qoşulsa, digərləri də qoşulacaq” Tramp qeyd edib.
Xatıraladaq ki, “İbrahim razılaşmaları” 2020-ci ildə ABŞ-ın vasitəçiliyi ilə İsrail və bir neçə ərəb ölkəsi arasında imzalanmış sülh müqaviləsidir.
.