ABŞ Prezidenti Donald Tramp ölkənin Birləşmiş Xüsusi Əməliyyatlar Komandanlığına (JSOC) Qrenlandiyanın işğalı üçün ətraflı plan hazırlamağı tapşırıb.

Bu barədə Britaniyanın həftəlik "The Mail on Sunday" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Tramp Qrenlandiyanı strateji mövqeyi və mineral sərvətlərinə əsasən ilhaq etmək istəyir. O, əvvəllər dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşməsinin vacibliyini bildirib.

Tramp prezidentliyinin birinci müddətində Qrenlandiyanı satın almağı təklif etmişdi və 2025-ci ilin mart ayında onun ilhaq oluna biləcəyinə əminliyini ifadə etmişdi. Danimarkanın Baş naziri Mette Frederiksen bu iddiaları rədd edir və adanın krallığın bir hissəsi olduğunu vurğulayır.

Qrenlandiya Danimarkanın muxtar ərazisidir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO müttəfiqlik öhdəliklərinə əlavə olaraq Qrenlandiyanın Müdafiəsi haqqında Müqaviləni imzalayıblar. Müqaviləyə əsasən, ABŞ adanı potensial təcavüzdən qorumağı öhdəsinə götürüb.

Aİ Trampın Qrenlandiyanı ilhaq etmək planlarına görə ABŞ-yə sanksiyalar hazırlayır

Avropa İttifaqı (Aİ) ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ilhaq etmək planlarından imtina etməyəcəyi təqdirdə, Amerika şirkətlərinə qarşı sanksiyalar tətbiq etmək planları hazırlayır.

Bu barədə Britaniyanın həftəlik "The Sunday Telegraph qəzeti" mənbələrə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, məhdudlaşdırıcı tədbirlər Amerikanın texnologiya nəhəngləri "Meta", "Google" və "Microsoft"u hədəfə ala bilər. Bundan əlavə, Brüssel "X" sosial şəbəkəsinin fəaliyyətini məhdudlaşdıra və ABŞ-də yerləşən banklara və maliyyə firmalarına məhdudiyyətlər tətbiq edə bilər.

Qəzet vurğulayıb ki, Avropa ölkələrinin öz ərazilərindəki Amerika hərbi bazalarını bağlaya biləcəyi ssenari də nəzərdən keçirilir. "The Sunday Telegraph" bu cür tədbirləri həddindən artıq adlandırıb və əlavə edib ki, Tramp Böyük Britaniya və Aİ-nin aparıcı üzv dövlətlərinin adanın ABŞ-yə birləşməsinin qarşısını almaq üçün Qrenlandiyaya NATO missiyası yerləşdirmək təklifinə razı olmazsa, onlar tətbiq oluna bilər.

Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşməsinin vacibliyini bildirib. O, birinci prezidentliyi dövründə Qrenlandiyanı satın almağı təklif edib və 2025-ci ilin mart ayında onun ilhaq oluna biləcəyinə əminliyini bildirib. Danimarkanın Baş naziri Mette Frederiksen iddiaları rədd edərək, adanın krallığın bir hissəsi olduğunu vurğulayıb.

.