ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı münaqişəyə son qoyulmasını istədiyinə əmin olduğunu bildirib.
O, bunu Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündən əvvəl açıqlama verib.

"Düşünürəm ki, prezident Putin münaqişənin sona çatmasını istəyir. Əks halda mən bunu deməzdim. Düşünürəm ki, o, müharibəni bitirmək istəyir. Dünən onunla iki saat yarım danışdım və bir çox detalları müzakirə etdik. O, bunun bitməsini istəyir", - Tramp deyib.

.