ABŞ Prezidenti Donald Tramp Qəzzada “Sülh Şurası”na İsrailin Baş naziri Benyamin Netanyahunu da dəvət edib.

Bu barədə Netanyahunun ofisi məlumat yayıb.

Qeyd edək ki, atəşkəz razılaşmasının bir hissəsi olaraq, Qəzzada post-HAMAS dövründə idarəçiliyin həyata keçirilməsi üçün texnokratik hökumət yaradılıb.

Bu hökumətə nəzarət məqsədilə təşkil ediləcək “Sülh Şurası”nda iştirak üçün bir sıra ölkələrin rəhbərləri, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin dəvət edilib.

.